...

Elmira Axundova: AŞPA-nın gündəliyindəki bütün məsələlər bu və ya digər dərəcədə Azərbaycana aiddir

Siyasət Materials 10 Aprel 2006 18:26 (UTC +04:00)
Elmira Axundova: AŞPA-nın gündəliyindəki bütün məsələlər bu və ya digər dərəcədə Azərbaycana aiddir

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının gündəliyi çox dolğundur və 4 gün ərzində müzakirə olunacaq məsələlər bu və ya digər dərəcədə Azərbaycana aiddir. Bu fikri aprelin 10-da Strasburqda AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvü Elmira Axundova Trend in müxbiri ilə söhbətində bildirib.

"Bir halda ki, Azərbaycan AŞ-nin tamhüquqlu üzvüdür, sessiyada müzakirə olunan bütün məsələlər bu və ya digər dərəcədə bizə aiddir", - deyə o qeyd edib.

"Bunlar təhsildə dilin rolu, korrupsiya və yoxsulluqla mübarizə məsələləridir. Korrupsiya ilə mübarizə Azərbaycan hökmətinin fəaliyyətində prioritetdir", - deyə nümayəndə heyətinin üzvü vurğulayıb. "Azərbaycanın parlament nümayəndə heyətinin bir çox üzvü bu məsələ ilə bağlı çıxış edəcək və öz fikrini bildirəcək", - deyə E.Axundova bildirib.

Onun sözlərinə görə, özünün də iştirak etdiyi sosialistlərin siyasi komitəsinin bugünkü iclasında AB çərçivəsində formalaşacaq qurumların artıq AŞ-də mövcud olanları təkrarlamaması ilə bağlı narahatlıq bildirilib. "Bu, İnsan hüquqları üzrə Avropa məhkəməsinə də aiddir. Əgər Brüsseldə (AB) və Strasburqda (AŞ) iki məhkəmə fəaliyyət göstərərsə və həmin qurumlar bu və ya digər məsələlərlə bağlı müxtəlif qərar qəbul edərsə, nə olacaq?", - deyə parlamentari qeyd edib.

"AB-nin yeni institutlarının, xüsusilə insan hüquqları üzrə agentliyinin yaradılmasını nəzərə alaraq AB və AŞ arasında qarşılıqlı əlaqələrlə bağlı məsələ bir sıra avropalı parlamentariləri narahat edir və onlar hesab edir ki, AB AŞ-nin səlahiyyətlərinə müdaxilə edir", - deyə E.Axundova sonda qeyd edib.

Xəbər lenti

Xəbər lenti