...

11 saylı cəzaçəkmə müəssisəsinin keçmiş hərbçi-dustaqlarına hökm oxunub

Siyasət Materials 10 Aprel 2006 20:44 (UTC +04:00)

Aprelin 10-da Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə hakim Ağamalı Qafarovun sədrliyi ilə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən hərbçi dustaqlara təkrar hökm oxunub. Bu barədə Trend ə hakim Ağamalı Qafarov məlumat verib.

Əvvəllər hərbi sahədə çalışmış və müxtəlif cinayətlərə görə məhkum olunmuş 15 məhkum 2005-ci il fevralın 15-dən 16-na keçən gecə müəssisədə baş vermiş kültəvi iğtişaşda fəal iştirak etməkdə təqsirləndirilib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, qeyd olunan tarixdə məhkumlar müəssisənin damına çıxaraq qiyam ediblər. Nəticədə müəssisənin normal fəaliyyəti pozulub. Dustaqları intizama dəvət edən müəssisə əməkdaşlarına bədən xəsarətləri yetirilib.

Hakimin sözlərinə görə, məhkəmədə dinlənilmiş zərərçəkmiş və şahid ifadələri ilə ittiham tam sübuta yetirilib. O da məlum olub ki, məhkumlar aksiyanı müəssisə rəhbərliyinə etiraz əlaməti olaraq keçiriblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərdən Mübariz Ağaxanov istisna olmaqla digərləri 9 ildən 13 ilədək azadlıqdan məhrum edilib. Mubariz Ağaxanov haqqında isə məhkəmə məcburi müalicə qərarı çıxarıb.

Xəbər lenti

Xəbər lenti