...

Səməd Seyidov: AŞPA-nın Monitorinq Komitəsi Azərbaycanda seçkiləri izləyəcək müşahidəçilərinin sayını 20-yə qədər artırıb

Siyasət Materials 11 Aprel 2006 15:15 (UTC +04:00)
Səməd Seyidov: AŞPA-nın Monitorinq Komitəsi Azərbaycanda seçkiləri izləyəcək müşahidəçilərinin sayını 20-yə qədər artırıb

Avropa Şurası Parlament Assambleyasının 20 nəfərdən ibarət nümayəndə heyəti 13 may 2006-cı il parlament seçkilərinin monitorinqini aparmaq məqsədilə Azərbaycana gələcək. Trend in Strasburqdakı müxbirinin xəbər verdiyi kimi, bu qərar aprelin 11-də AŞPA-nın Monitorinq Komitəsinin Strasburqda keçirilən iclasında qəbul edilib. Qeyd edək ki, bu iclasda, xüsusilə Azərbaycan Milli Məclisinə qarşıdakı təkrar seçkilərlə bağlı məsələ müzakirə mövzusu olub.

Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri S.Seyidovun sözlərinə görə, əvvəlcə Azərbaycana cəmi 4-5 nəfər müşahidəçinin göndərilməsi planlaşdırılırdı, ancaq Monitorinq Komitəsinin bugünkü iclasında bu rəqəmin 20-yə çatdırılması qərara alınıb.

İclas zamanı bir neçə çıxış, xüsusilə hollandiyalı parlamentari Leo Platvoyedin çıxışı dinlənilib. "Ötən həftə Venesiya Komissiyasının nümayəndələri ilə aparılmış müzakirələrdən sonra Monitorinq Komitəsi üzvlərinin Azərbaycana münasibəti yaxşılaşıb", - deyə S.Seyidov qeyd edib.

Xəbər lenti

Xəbər lenti