...

Qarabağın gənclər təşkilatları Ramil Səfərovla bağlı beynəlxalq qurumlara müraciətlər göndərəcək

Siyasət Materials 14 Aprel 2006 12:30 (UTC +04:00)

Dağlıq Qarabağın Azərbaycan Gənclər İcması və Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Azərbaycan zabiti Ramil Səfərova çıxarılan hökmə etiraz olaraq beynəlxalq təşkilatlara, ölkəmizdəki səfirliklərə, həmçinin Macarıstan hökumətinə və Budapeşt şəhər məhkəməsinə müraciət ünvanlayacaq. Bu barədə Trend ə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatından məlumat verilib.

Gənclər təşkilatları Ramil Səfərovun müdafiəsinə dair bir sıra tədbirlər, konfranslar da keçirməyi planlaşdırır. Macarıstanın Azərbaycandakı səfirliyinə ünvanlanacaq bəyanatda Budapeşt şəhər məhkəməsinin çıxardığı qərəzli hökmə etiraz bildiriləcək. Həmçinin Macarıstanın gənclər təşkilatlarına da müraciətlər, Qarabağ həqiqətlərinə dair məlumatlar, faktlar göndəriləcək.

Xəbər lenti

Xəbər lenti