ADP-də ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Bakı ofisinin rəhbəri Froxrib Dallas ilə görüş keçirilib. Bu barədə Trend ə ADP-dən məlumat verilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət və 13 may 2006-cı ildə keçiriləcək təkrar parlament seçkilərində "exit-poll"un keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Froxrib Dallas 13 mayda 10 seçki dairəsində keçiriləcək təkrar parlament seçkilərində "exit-poll"un keçirilməsinin vacibliyini bildirib. O, bu sahədə şəffaflığın təmin edilməsi naminə bir sıra müxalifət partiyaları ilə əməkdaşlıq etmək niyyətində oldugunu da deyib.
Görüşdə ADP-nin 13 may təkrar parlament seçkilərində "exit-poll"un keçirilməsində Beynəlxalq Respublikaçılar İnstitutu ilə əməkdaşlıq etməsi barədə razılıq əldə olunub.