...

Azərbaycanın neft bazarı: həftənin yekunları

Siyasət Materials 17 Aprel 2006 11:54 (UTC +04:00)
Azərbaycanın neft bazarı: həftənin yekunları

Ötən həftə (10-14 aprel) Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin bir bareli $68,81 təşkil edib ki, bu da əvvəlki həftəyə olan orta qiymətdən çoxdur. Trend in xəbər verdiyi kimi, aprelin 10-14-də AZERI LT neftinin maksimal qiyməti $69,43, minimal qiyməti isə $68,22 təşkil edib.

Aprelin 10-14-də Azərbaycanın Novlrossiysk limanına satdığı URAL neftinin bir bareli $63,45 təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə $1,55 çoxdur. Ötən həftə URAL neftinin bir barelinin maksimal qiyməti $64,08, minimal qiyməti isə $62,90 təşkil edib.

Ötən həftə (10-14 aprel) Brent (DTD) etalon növlü neftin orta qiyməti bir barel üçün $68,91 təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə $1,99 çoxdur. Ötə həftə neftin maksimal qiyməti $69,53, minimal qiyməti isə - $68,34 təşkil edib.

Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, tərkibindəki kükürd - 0,14%, URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, tərkibindəki kükürd isə 1,3%, DTD-nin sıxlığı API 38,3 dərəcə, tərkibindəki kükürd isə 0,36%. təşkil edir.

2006-cı ildə ARDNŞ Novorossiysk limanından 2,011 mln ton Ural nefti yükləyəcək. Bu göstərici 2005-ci ildə 1,631 mln təşkil edib. ARDNŞ BTC-nin istimara verilməsinədək Novorossiyskdən ayda 80-85 min ton neft satmaq niyyətindədir. BTC istismara verildikdən sonra "Şimal" marşrutu tamamilə ARDNŞ-in sərəncamında olacaq.

Xəbər lenti

Xəbər lenti