...

"Gəncəbasar" qəzeti yenidən işıq üzü görəcək

Siyasət Materials 18 Aprel 2006 15:37 (UTC +04:00)

Bu günlərdə 4 aylıq fasilədən sonra "Gəncəbasar" qəzeti yenidən işıq üzü görəcək. Bu barədə məlumatı qəzetin baş redaktoru Nüşabə Məmmədli verib.

Onun sözlərinə görə maliyyə problemləri ucbatından bağlanan qəzet SOROS-Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə bərpa olunur. Ayda 4 dəfə 8 səhifə ilə oxuculapra çatdırılacaq qəzetin sonradan 12 səhifəyə kimi artırılacağı planlaşdırılır.

Nüşabə Məmmədlinin sözlərinə görə qəzetin ilk vaxtlar satışı çox yüksək idi. Ona görədə baş redaktor ümidvardır ki, "Gəncəbasar"ın ömrü bu dəfə uzun olacaq.

Məmmədli bildirir ki, bundan başqa "Gənjəbasar"ın ofisində gənclər üçün jurnalistika kursları təşkil olunacaq. Jurnalistikanın əsasları adlanan kurs 6 ay müddətində davam edəcək. Lakin sonradan bu kursların müddətinin artırılması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti