...

V.Kramarenko: Hökumət inflyasiya artımını dayandıra bilməsə, əlavə məsləhətləşmələr aparılacaq

Siyasət Materials 18 Aprel 2006 21:11 (UTC +04:00)

2006-cı ilə makroiqtisadi vəziyyətin müzakirəsi Beynəlxalq Valyuta Fondunun Mərkəzi Asiya və Yaxın Şərq üzrə Departamentinin rəhbər müavini Vitaliy Kramarenkonun rəhbərli etdiyi missiyanın Azərbaycana səfəri zamanı aparılmış danışınların predmeti olub. V.Kramarenkonun Trend agentliyinə verilən məlumata əsasən, cari ildə neft hasilatının artırılması birinci rübdə ÜDM-un 25-30% artımına təkan verib. Qeyri-neft sektorunda artım 8,5-9,5 %-ə bərabər olub.

Onun fikrincə, xərclərin müəyyən dərəcədə artması və müəyyən proqramların gerçəkləşdirilməsi nəqliyyat sektorunun inkişafına təsir göstərə bilər ki, bu da öz növbəsində neft sektorunda da əks olunacaq. Kramarenko hesab edir ki, büdcənin məxaric hissəsinə dəyişikliklərin edilməsi inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına mənfi təsir göstərə bilər. Onun fikrincə, hökumətin inflyasiya üzrə proqnozu (10%-dək) xərclərin artımı və xarici amillərin dəyişməsilə əlaqədar qeyri-müəyyəndir.

Uzunmüddətli və qüısamüddətli inflyasiya riski və artımın ona təsiri mövcuddur. Belə ki, hökumət neftdən əldə olunan vəsaitləri xərcləyir. Kramarenkonun fikrincə, hökumət inflyasiyanın daxili nəzarət hesabına tənzimləndiyini iddia etsə də, artıq xərclərə yol verməməlidir. Bundan əlavə, hökumət inflyasiyanın artımının qarşısını almaq üçün dövlət qiymətli kağızların və qısa müddətli istiqrazların buraxılmasını intensivləşdirməlidir.

"Əgər hökumət bu yolla inflyasiyanın artımını dayandıra bilməsə, əlavə məsləhətləşmələr aparılacaq" - deyə V.Kramarenko bildirib.

Xəbər lenti

Xəbər lenti