...

Prezident Latın Mədəniyyəti Akademiyasının üzvlərini qəbul edib

Siyasət Materials 19 Aprel 2006 20:31 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 19-da Bakıda keçirilən "Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü" mövzusunda 13-cü beynəlxalq konfransda iştirak edən Latın Mədəniyyəti Akademiyasının üzvlərini qəbul edib. Trend xəbər verir ki, prezident çıxışında beynəlxalq tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib.

Dövlət başçısı qeyd edib ki, bu tədbir sivilizasiyaların bir-birinə daha da yaxınlaşması üçün yeni imkanlar açacaq. Prezident qeyd edib ki, Azərbaycan müstəqilliyini yenicə qazanmasına baxmayaraq sürətlə inkişaf edir: "Əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri Azərbaycanda sülh və dostluq şəraitində yaşayıblar. Buna görə də bu günkü konfransın mövzusu bizə yaxşı məlumdur. Azərbaycan regionda yeganə dövlətdir ki, burada dinlərarası qarşılıqlı hörmət və anlaşma müşahidə olunur".

Prezident onu da vurğulayıb ki, Azərbaycanda dinlərarası heç bir münaqişə baş verməyib və bundan sonra da baş verməyəcək: "Bu dostluq və qardaşlıq ruhu gələcəkdə də möhkəmlənəcək. Hesab edirəm ki, ölkəmizin bu sahədə əldə etdiyi təcrübə digər dövlətlərə də nümunə olmalıdır".

Çıxış edənlər konfransın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti