...

Əli Əhmədov: "Səylərimizi birləşdirib torpaqlarımızı azad etməliyik"

Siyasət Materials 20 Aprel 2006 15:12 (UTC +04:00)

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı hər hansı bir səmərəli təklif Milli Məclisdə müzakirə oluna bilər. Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib.

Qeyd edək ki, mayın 8-nin "Azərbaycanın işğal olunmuş ərazilər" günü kimi qeyd edilməsi ilə bağlı Qarabağ Azadlıq Təşkilatı təkliflə Milli Məclisə müraciət edib.

YAP rəsmisi qeyd edib ki, əgər belə təkliflər səmərə verə biləcəksə, onda müzakirəsini ictimai rəydə də aparmaq olar: "Ancaq istərdim ki, bizim səylərimiz hadisənin gününü qeyd etmək üzərində cəmləşməsin. İstərdim ki, bütün səylərimizi işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səfərbər edək. Bu, daha səmərəli olar. Çünki cəmiyyətin bizdən gözlədiyi yeganə addım budur".

Xəbər lenti

Xəbər lenti