Avropa Birliyi (AB) Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır, və biz umid edirik ki, əlaqələrin inkişafına dəstək verəcək "Yeni Qonşuluq" siyasəti çərçivəsindəki Fəaliyyət Planının icrasına Finlandiyanın AB-dəki keçici başçılığı dövrünə qədər başlanacaq. Bu bəyanatla, aprelin 22-də AB "üçlüyü" heyətinin Azərbaycana səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında Avstriya xarici işlər nazirliyinin dövlət katibi, Hans Vinkler çıxış edib.
O bildirib ki, Azərbaycan rəsmiləri ilə keçirdikləri danışıqlar zamanı, ikitərəfli əçməkdaşlığın inkişafı, xüsusi ilə energetika sahəsindəki əlaqələrin genişlənməsi məsələsi müzxakirə olunub.
"Avropa Birliyi energetika sahəsində müstəqil siyayət aparmağa çalışır və bu çərçivədə enerji axımlarının diversifikasiyasında maraqlıdır. Azərbaycan enerji baxımından çox vacib ölkədir və biz bunu anlayırıq", deyən AB səlahiyyətliyi ifadə edib.
Dağlıq Qarabağ münaqişəsinin həlli mələsinə də toxunan Vinkler qeyd edib ki, AB anlayır ki, "Ermənistan-Azərbaycan münaqişəsi azərbaycan xalqına böyük əziyyətlər gətirib". "AB, bu konfliktin beynəlxaldq hüquq normaları çərçivəsində, ədalətli və uzun müddətli həllinə tərəfdardır", deyə Avstriya rəsmisi ifadə edib.
Onun sözlərinə görə, Avropa Birliyi Dağlıq Qarabığ münaqişəsinin həlli istiqamətində əlindən gələn köməkliyi əsirgəmir və buna misal kimi AB-nin Cənubi Qafqaz ölkələri üzrə xüsusi nümayəndəsi Peter Semnebinin mandatının gnişləndirilməsini göstərib.
Sonda Q. Vinkler deyib ki, hazırda AB-nin Azərbaycana göstərdiyi yardımın miqdarı ildə 20 milyon avro təşkil edir, ümumilikdə isə son illərdə göstərilən yadımların miqdarı 400 milyon avronu keçib.
Öz növbəsində Avropa Komissiyasının nümayəndələri, AB-nin Bakı-Tbilisi-Axalkalakı dəmir yolu layihəsinin həyata keçirilməsinə dair rəsmi mövqelərinə aydınlıq gətiriblər. Onlar bildiriblər ki, sözü gedən layihə AB-nin müəyyənləşdirdiyi prioritet nəqliyat marşrutlarından olmasa da, AB 3 dövlətin aldığı qərara qarşı çıxa bilməz.