...

ASDP həmsədrləri mayın 19-20-də "Sosintern"in Moskva toplantısında iştirak edəcək

Siyasət Materials 27 Aprel 2006 12:36 (UTC +04:00)

"Sosialist İnternsional" ("Sosintern") beynəlxalq təşkilatın mayın 19-20-də Moskvada növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə adıçəkilən təşkilatın üzvü Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə bildirib ki, toplantı "Sosintern"in Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi və Cənubi Qafqaz ölkələri Komitəsinin təşəbbüsü ilə keçiriləcək. Dəyirmi masa ətrafında bir sıra məsələlərin müzakirə ediləcəyini deyən ASDP həmsədri Azərbaycandakı istimai-siyasi vəziyyət və Dağlıq Qarabağ problemi barədə danışacaqlarını vurğulayıb.

Onu da qeyd edək ki, Moskvada keçiriləcək toplantıda ASDP-nin digər həmsədri Ayaz Mütəllibov da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti