...

Leo Platfoet "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazovla görüş keçirib

Siyasət Materials 28 Aprel 2006 12:07 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda keçiriləcək təkrar parlament seçkilərini müşahidə missiyasının nümayəndələri aprelin 28-də siyasi partiya və blokların rəhbərləri ilə görüşlərini davam etdiriblər. Trend in məlumatına görə, Müşahidə Missiyasının rəhbəri Leo Platfoetin Avropa Şurasının İnformasiya Ofisində ikinci görüşü "Yeni Siyasət" blokunun həmtəsisçisi Eldar Namazovla olub.

E.Namazovun bildirdiyinə görə, görüşdə əsasən ötən il 6 noyabrda keçirilmiş parlament seçkiləri, həmçinin ölkədəki ictimai-siyasi proseslər və qarşıdan gələn təkrar seçkilərə hazırlıq məsələləri müzakirə olunub: "Eyni zamanda seçki komissiyalarının formalaşdırılması barədə də fikir mübadiləsi aparılıb. Qeyd olundu ki, Avropa Şurası da seçkilərin obyektiv, şəffaf keçirilməsi üçün mühüm addımlar atmalıdır".

Görüşdə "Yeni Siyasət" blokunu təmsil edən E.Namazov bu blokun ictimai-siyasi proseslərə, təkrar seçkilərə dair mövqeyini Leo Platfoetin diqqətinə çatdırıb.

Xəbər lenti

Xəbər lenti