...

Azərbaycan Yolu Siyasi Hərəkatı may ayında Kanada, Norveç, Türkiyə və İsveçdə etiraz aksiyaları keçirəcək

Siyasət Materials 28 Aprel 2006 14:57 (UTC +04:00)

Azərbaycan Yolu Siyasi Hərəkatı "Qarabağ" Ümumdünya Etiraz Aksiyaları çərçivəsində növbəti aksiyasını mayın 1-də Kanadada keçirəcək. Trend xəbər verir ki, bu barədə adıçəkilən hərəkatın lideri İlqar Qasımov aprelin 28-də keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, aksiyalar qondarma "erməni soyqırımı"na və mayın 8-də Şuşanın işğalının 14-cü ildönümünə etiraz olaraq keçirilir.

İ.Qasmıov onu da bildirib ki, mayın 6-8-də Türkiyə, Norveç və İsveçdə də aksiyalar planlaşdırılıb: "Mayın 6-da Türkiyə vaxtı ilə saat 14.00-da İzmirin "Konak" meydanında izdihamlı mitinq keçirəcəyik. Mitinqdə Şuşanın ermənilər tərəfindən işğal edilməsinə etiraz bildiriləcək və torpaqlarımızın geri qaytarılması tələb olunacaq. Bununla yanaşı Ramil Səfərova ədalətli qərar və qərbi azərbaycanlılara muxtar qurumun verilməsi tələb olunacaq".

İ.Qasımov onu da vurğulayıb ki, mitinqlərdə qəbul edilən bəyanatlar Avropa dövlətlərinin parlamentlərinə təqdim ediləcək. Hərəkatın lideri daha sonra bildirib ki, mayın 3-də türkçülük gününü qeyd etmək üçün Türikyədə toplaşacaq millətçilər də ermənilərin işğalçı siyasətinin ifşa olunması məsələsini müzakirə edəcəklər: "Mayın 5-də isə Moskvada beynəlxalq təşkilatların qərargahları qarşısında aksiyalar keçirəcəyik". Hərəkatın lideri onu da vurğulayıb ki, aksiyalara türk və yəhudi icmaları da qatılacaqlar.

Qeyd edək ki, Azərbaycan Yolu Siyasi Hərəkatında 10 partiya və 30 QHT təmsil olunur. Hərəkatın dünyanın 15 ölkəsində təmsilçiliyi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti