...

Corc Buş: Azərbaycan enerji təhlükəsizliyinin təminatında çox vacib rol oynamalıdır

Siyasət Materials 28 Aprel 2006 21:05 (UTC +04:00)
Corc Buş: Azərbaycan enerji təhlükəsizliyinin təminatında çox vacib rol oynamalıdır

Trend agentliyinin məlumatına görə, ABŞ prezidenti Corc Buş İran problemini "diplomatik və sülh yolları ilə" həll etmək niyyətini təsdiqlyib.

"Mən prezidentə bu problemi diplomatik və sülh yolları ilə həll etmək niyyətimi bildirdim" - deyə C.Buş Ağ Evdə İ.Əliyevlə keçirilən bir saatlıq gürüşündən sonra jurnalistlərə bildirib.

C.Buş İ.Əlyievin Vaşinqtona gəlişini "çox maraqlı səfər" adlandıraraq, Azərbaycana qonşunlarının İraqdakı koalisiya qüvvələrinin tərkibində iştirakına görə minnətdarlığını bildirib.

"Biz, əlbəttə, enerji məsələləri haqqında da danışdıq" - deyə ABŞ prezidenti qeyd edib. Onun dediklərinə görə, İ.Əliyevlə Azərbaycanın çox böyük rol oynamalı olduğu enerji təhlükəsizliyi məsələlərini müzakirə edib. Bu barədə RİA "Novosti" məlumat verib.

Xəbər lenti

Xəbər lenti