Milli Məclis sədrinin birinci müavini, Təhləkəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov Avropa Şurası Xüsusi Komitəsi Seçkiqabağı Missiyasının ölkəmizdə səfərdə olan üzvləri ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Ziyafət Əsgərov Azərbaycan parlamentinin fəaliyyəti, bu seçkilərin ölkəmiz üçün əhəmiyyəti barədə qonaqlara ətraflı məlumat verib. Z.Əsgərov Avropa Şurasının keçən il noyabrın 6-da Azərbaycan parlamentinə keçirilən seçkilərin nəticələrini müsbət qiymətləndirdiyini xatırladıb. Təkrar seçkilərin də şəffaf, obyektiv və beynəlxalq standartlara uyğun keçirilməsi üçün Azərbaycan hökumətinin bütün imkanlardan istifadə etdiyini bildirib.
Nümayəndə heyətinin başçısı, Avropa Şurası Parlament Assambleyası Birləşmiş Avropa Sollar qrupunun rəhbəri Leo Platvoet Azərbaycana səfərindən aldığı müsbət təəssüratları bölüşüb. Təkrar seçkilər ərəfəsində geniş müzakirələr aparan missiyanın işi barəsində ətraflı məlumat verib. Qonaq tərkar seçkilərin də demokratik keçiriləcəyinə əminliyini bildirib.