...

Mehriban Əliyeva: Azərbaycan, Türkiyə və Gürcüstan qadınları tezliklə regionda sülhün bərqərar olması üçün səylərini səfərbər etməlidir

Siyasət Materials 1 May 2006 13:30 (UTC +04:00)

Şərq və Qərbi birləşdirən Bakı-Tiflis-Ceyhan neft kəməri təkcə regionda iqtisadi inkişafın və enerji təhlükəsizliyinin təminatına deyil, həm də qlobal-inteqrasiya proseslərinin sürətlənməsinə, o cümlədən müxtəlif mədəniyyətlərin birgə yaşamasına böyük bir töhfədir.

Trend in xəbər verdiyi kimi, bu barədə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın "Heydər Əliyev adına BTC boru kəməri regionda sülhün, təhlükəsizliyin, sabitliyin və inkişafın qarantıdır" adlı beynəlxalq aksiyanın iştirakçılarına ünvanladığı müraciətində deyilir.

"Belə bir məsuliyyətli tarixi məqamda Azərbaycan, Türkiyə və Gürcüstan qadınlarının bu prosesdə yaxından iştirakı, öz qüvvə və bacarığını regionda mövcud olan problemlərin həllinə səfərbər etməsi təqdirəlayiqdir. Bu aksiya bir daha sübut edir ki, yaşadığı yerdən, milli mənsubiyyətindən, hansı inanca və dilə malik olmasından asılı olmayaraq bütün qadınlar sülhün qoruyucusudur.

Mehriban Əliyeva əmin olduğunu vurğulayıb ki, Azərbaycan, Gürcüstan və Türkiyənin 90 mln-luq əhalisini təmsil edən qadınların bu aksiyası hər üç ölkə arasında əlaqələri möhkəmlətməyə və inkişaf etdirməyə imkan verəcək.

Bununla belə, Azərbaycanın birinci xanımı regionda münaqişəli vəziyyətlərin öz həllini tapmaması və bundan minlərlə qadın və uşağın əziyyət çəkməsindən təəssüfləndiyini bildirib. "Bu gün həmin problemlərin həlli region qadınlarının qarşısında duran ən mühüm məsələdir. Onlar regionda tezliklə sülh və barışığın əldə olunması üçün səy və bacarıqlarını səfərbər etməlidir. "Sülh və sabitlik hər bir qadının arzusu və dliləyidir", - deyə Mehriban Əliyevanın müraciətində deyilir.

Xəbər lenti

Xəbər lenti