...

Azərbaycan kommunistləri 1 may zəhmətkeşlər gününü qeyd ediblər

Siyasət Materials 1 May 2006 17:19 (UTC +04:00)

Azərbaycan Kommunist Partiyası (AKP) 1 may zəhmətkeşlər günü ilə bağlı respublikanın bir sıra yerlərində tədbir keçirib. Bu barədə Trend ə AKP sədrinin birinci müavini Rauf Qurbanov bildirib.

R.Qurbanov bildirib ki, onun rəhbərliyi ilə mayın 1-də Gəncədə əvvəllər Lenin parkı adlanın indiki Xanbağı deyilən yerdə 150 kommunistin iştirakı ilə nümayiş keçirilib: "Nümayişimiz yaxşı keçdi, şəhər camaatı tərəfindən rəğbətlə qarşılandıq. Nümayişdən sonra partiyamızın Gəncə şəhər təşkilatının qərargahında dəyirmi masa təşkil etdik". R.Qurbanov onu da bildirib ki, tədbir şəhər icra hakimiyyətinin icazəsi ilə keçirilib.

R.Qurbanov onu da vurğulayıb ki, AKP xətti ilə Sumqayıt şəhərində, Bakının Nərimanov, Xətai rayonlarında, respublikanın əksər bölgələrində zəhmətkeşlərin günü qeyd olunub. Heç bir şüardan istifadə etməyən kommunistlər yaxalarında qırmızı lentlərlə nümayişə çıxıblar. AKP rəsmisi onu da bildirib ki, bu günü qeyd etmək olduqca vacibdir: "Mən millət vəkili olanda da parlamentdə bu məsələni qaldırmışdım. Bildirmişdim ki, əgər Azərbaycanda zəhmətkeş varsa, onların da bayramının qeyd edilməsi günü rəsmiləşdirilməlidir".

AKP rəsmisi Rusiya və dünyanın bir sıra ölkələrinin kommunistləri tərəfindən təbrik edildiklərini bildirib.

Xəbər lenti

Xəbər lenti