...

Qazaxıstanın baş naziri Bakıda İran prezidenti ilə görüşəcək

Siyasət Materials 2 May 2006 17:30 (UTC +04:00)

Mayın əvvəlində Qazaxıstanın baş naziri Danial Axmetov Azərbaycana rəsmi səfər edəcək. Bu barədə mayın 2-də Astanada keçirilmiş brifinqdə Qazaxıstan XİN-nin rəsmi nümayəndəsi Erjan Aşikbayev bildirib. Bu barədə Kazinform xəbər verir.

E.Aşikbayev məlumat verib ki, səfər mayın 4-6-na planlaşdırılıb. "Səfərdə məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri başçılarının sammitində iştirak etməkdən ibarətdir", - deyə o qeyd edib.

Trend in xəbər verdiyi kimi, İƏT sammiti zamanı D.Axmetov İran prezidenti Mahmud Əhmədi Necad, Pakistanın baş naziri Şövkət Əziz, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşlər keçirəcək, ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın, İƏT çərçivəsində qarşılıqlı fəaliyyətin inkişafı ilə bağlı məsələləri müzakirə edəcək.

E.Aşikbayev bildirib ki, mayın 6-da Bakıya səfəri çərçivəsində Qazaxıstan hökumətinin başçısı Azərbaycan prezidenti İlham Əliyevlə, ölkənin baş naziri Artur Rəsizadə ilə görüşəcək.

İqtisadiyyat, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, neft-qaz sektorunda ikitərəfli əlaqələr müzakirə olunacaq. Tərəflər ikitərəfli qarşılıqlı fəaliyyətin müxtəlif sahələrində qarşılıqlı faydalı layihələrin gerçəkləşdirilməsi imkanlarını nəzərdən keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti