...

Azərbaycan prezidenti Oman Sultanlığının xüsusi tapşırıqlar üzrə səfirini qəbul edib

Siyasət Materials 2 May 2006 19:33 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əlyiev mayın 2-də Oman sultanlığının xüsusi tapşırıqlar üzrə səfiri, sultanın şəxsi müşaviri, Omanın BMT-dəki səfiri, Böyük Britaniyadakı səfirliyin səlahiyyətli naziri, YUNESKO-nun xoşməramlı səfiri Şeyx Qhasan Şakiri qəbul edib.

Dövlət başçısı Azərbaycanın YUNESKO ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayaraq, təşkilatın ölkəmizin tarix və mədəniyyət abidələrinin qorunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. İ. Əliyev əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Şeyx Qhasan Şakir deyib ki, Azərbacyan YUNESKO-nun fəal üzvlərindən biridir. O, böyük tarixi və mədəni irsə malik olan Azərbaycan ilə təmsil etdiyi təşkilat arasındakı əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti