...

Azərbaycan prezidenti ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə baş məsləhətçisini qəbul edib

Siyasət Materials 4 May 2006 16:38 (UTC +04:00)

Mayın 4-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə baş məsləhətçisi Frenk Mermudu qəbul edib. Bu barədə Trend məlumat yayıb.

Dövlət başçısı ABŞ -la Azərbaycan arasında münasibətlərin strateji səviyyədə olduğunu bəyan edib. O, özünün bu yaxınlarda Vaşinqtona rəsmi səfərini və apardığı danışıqları xatırladıb. Onun sözlərinə görə, bu səfər münasibətlərin bütün sahələrinə, o cümlədən iqtisadi əməkdaşlığa müsbət təsir göstərəcək.

F.Mermud İlham Əliyevin ABŞ-a səfərini önəmli hadisə kimi qiymətləndirib. "Hesab edirik ki, Sizin ABŞ-a səfəriniz çox uğurlu keçib"-deyə o bildirib və Vaşinqtonda keçirilən görüşlərin , eləcə də ABŞ iş adamlarının qarşısındakı çıxışların mühümlüyünü qeyd edib.

Xəbər lenti

Xəbər lenti