...

Əli Həsənov: "Ermənistan Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən imicinə kölgə salmağa cəhd göstərir"

Siyasət Materials 6 May 2006 13:53 (UTC +04:00)

Azərbaycanın sivil və hüquqi dövlət kimi beynəlxalq aləmdə qazandığı nüfuzu möhkəmləndirməsi bəzi antiazərbaycan qüvvələri sevindirmir. Trend xəbər verir ki, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.

Azərbaycan dövlətinin bu və ya digər uğurlarına sevinməyən dövlətlərin olduğunu qeyd edən Ə.Həsənov erməni lobbisinin də adını çəkib: "Azərbaycanda keçirilən seçkilər Avropa tərəfindən müsbət dəyərləndirilibsə, sabah Ermənistan da öz seçkisini bu səviyyədə keçirməyə məcbur olacaq. Ancaq buna nail ola bilməyəcəyindən indidən Azərbaycanın uğurlarına kölgə salmağa cəhd göstərir".

Ə.Həsənov onu da vurğulayıb ki, Azərbaycanın beynəlxalq aləmdəki müsbət imici Ermənistana mənfi təsir göstərir. Çünki onlar beynəlxalq aləmdə bəyan edirlər ki, guya Azərbaycanda demokratiya olmadığından, isnan hüquqları qorunmadığından burada yaşaya bilmirlər: "Ancaq Azərbaycan tərəfi belə ittihamlara hüquqi cəhətdən və əsaslı olaraq cavab verməyə hazırdır".

Ə.Həsənov mayın 13-də parlamentə keçiriləcək təkrar seçkiləri əsasən Avropa Şurasının və ATƏT-in müşahidə qruplarının izləyəcəyini qeyd edib: "Ancaq bununla yanaşı 2005-ci il noyabrın 6-da parlament seçkilərini müşahidə edən bəzi beynəlxalq təşkilatlar da təkrar seçkiləri izləmək üçün Azərbaycana öz nümayəndələrini göndərməyə hazırlaşırlar".

Xəbər lenti

Xəbər lenti