...

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin alternativ təklifini müzakirə edəcək

Siyasət Materials 12 May 2006 13:51 (UTC +04:00)

Müsavat Partiyasının mayın 29-da keçiriləcək qurultayında partiyanın nizamnaməsinə dəyişiklik ediləcək. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu məlumat verib.

O, bildirib ki, nizamnaməyə, həmçinin partiyanın strukturunda dəyişikliklərlə bağlı bir sıra təkliflər irəli sürülüb. Başqan müavini partiyada müavinlik institunun ləğv olunması barədə isə heç bir təklif olmadığını deyib. Onun sözlərinə görə, bu və ya digər məsələlər qurultayda qaldırılacaq. M.Cavadoğlu onu da deyib ki, partiyanın rəhbəri postuna İsa Qəmbərə alternativ olaraq namizədliyini hələ ki, irəli sürən yoxdur.

Qurultaya hazırlıq işlərinin tam yekunlaşdığını deyən Müsavat təmsilçisi qeyd edib ki, bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti onların yer ayrılması ilə bağlı müraciətinə cavab verəcək. Əgər partiyanın təklif etdiyi Şəhriyar adına Mədəniyyət Sarayında qurultay keçirilməsinə izacə verilməsə və əvəzində başqa yer təklif olunsa, o zaman Müsavat Partiyası bunu müzakirəyə çıxaracaq. M.Cavadoğlunun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin alternativ təklifinin qəbul edilib-edilməməsi partiya üzvlərinin müzakirəsindən asılı olacaq.

Xəbər lenti

Xəbər lenti