...

"Bizim Azərbaycan" blokunun yeni sədri seçilib

Siyasət Materials 15 May 2006 13:04 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunda təmsil olan partiyaların birləşdirilməsi məqsədilə yaradılan Birləşdirici Komissiyaya Türk Millətçi Partiyasının lideri Vüqar Bəyturan sədr seçilib. Bu barədə Trend ə adıçəkilən blokdan bildiriblər.

Məlumatda o da qeyd olunub ki, mayın 14-də blokun Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Toplantıda mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri müzakirə olunub. Eyni zamanda PKK-çıların Naxçıvana ayaq açması məsələsi də gündəmə çıxarılıb. Blok bu məsələni diqqətdə saxlamaq üçün ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalara və müvafiq orqanlara müraciət ünvanlayıb.

Toplantıda daha sonra "Bizim Azərbaycan" blokuna may-iyun ayları üçün yeni sədrin seçilməsi məsələsi müzakirə olunub. Qərara alınıb ki, Yeni Turan Partiyasının sədri Rövşən Məmmədli bloka sədrlik etsin.

Xəbər lenti

Xəbər lenti