...

Belarusda Azərbaycanın səfirliyi açılacaq

Siyasət Materials 15 May 2006 18:38 (UTC +04:00)

Belarusda Azərbaycanın səfirliyi açılacaq. Trend in verdiyi məlumata görə, bu barədə bu gün jurnalistlərə Minskdə iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında Azərbaycanın baş nazirinin müavini Abbas Abbasov məlumat verib. Onun sözlərinə görə, müvafiq qərar Azərbaycan prezidenti tərəfindən qəbul edilib. Səfirlik yaxın il yarım ərzində açıla bilər.

Abbas Abbasov həmçinin, qeyd edib ki, yaxın vaxtlarda Belarusun Azərbaycandakı səfiri də təyin ediləcək.

Xəbər lenti

Xəbər lenti