...

Prezident İlham Əliyev Neft Fonduna yeni icraçı direktor təyin edib

Siyasət Materials 15 May 2006 21:00 (UTC +04:00)

Mayın 15-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Şahmar Arif oğlu Mövsümovun Dövlət Neft Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend in verdiyi məlumata görə, prezidentin başqa bir sərəncamı ilə Azərbaycan Respublikasının dövlət idarəçiliyi, elm və təhsil, idman, mədəniyyət və incəsənət sahələrində böyük xidmətləri olan 17 nəfərə fərdi təqaüdlər verilməsi nəzərdə tutulub.

İlham Əliyev eyni zamanda "İncəsənət xadimlərinə Azərbaycan Respublikası prezidentinin mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, 75 nəfər incənət xadimi prezident tərəfindən mükafatlara layiq görülüb.

Xəbər lenti

Xəbər lenti