...

Ramil Usubov: Son 10 il ərzində Gürcüstandan Azərbaycana köçüb gələn azərbaycanlıların sayı on minlərlədir

Siyasət Materials 16 May 2006 13:55 (UTC +04:00)

Son 10 il ərzində Gürcüstandan Azərbaycana köçüb gələn azərbaycanlıların sayı on minlərlədir. Trend in xəbərinə görə, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.

Nazir qeyd edib ki, vəziyyətin belə davam etməsi təəssüfləndirici haldır. "Düzdür, ola bilər ki, bu, bir tərəfdən normal prosesdir. Azərbaycanda həyat şəraiti Gürcüstandan fərqlidir və yüksək səviyyədədir. Lakin bununla yanaşı bu məsələnin neqativ tərəfləri də var. Həmin təəssüfləndirici hallardan biri Gürcüstan azərbaycanlılarının əsrlərlə yaşadığı torpaqların boşaldılmasıdır" - deyə R.Usubov söyləyib.

Nazirin sözlərinə görə, Azərbaycana kütləvi surətdə köç məqsədi ilə gəlmək məsələsi qanunla tənzimlənəcək. O, bu problemlə bağlı qanunlarda dəyişikliklər edilməsinə ehtiyac olduğunu da vurğulayıb.

Xəbər lenti

Xəbər lenti