...

Ziya Məmmədov: Rusiya 2006-cı il üçün Gürcüstandan 400 vaqon hərbi texnikanın daşınacağını bəyan edib

Siyasət Materials 16 May 2006 15:26 (UTC +04:00)
Ziya Məmmədov: Rusiya 2006-cı il üçün Gürcüstandan 400 vaqon hərbi texnikanın daşınacağını bəyan edib

Mayın 16-da Azərbaycan ərazisindən Rusiyanın Gürcüstandan çıxardığı hərbi texnikanın birinci eşelonu keçib. Trend in xəbər verdiyi kimi, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə bildirib ki, mayda ölkə ərazisindən 3 eşelon keçəcək.

"Rusiya 2006-cı il üçün 400 vaqon hərbi texnikanın daşınacağını bəyan edib. Bu texnika Gürcüstan hərbi bazasından RF-yə göndərilir", - deyə o bildirib.

Xatırladaq ki, dünən Rusiyanın Axalkalakidəki bazasından birinci hərbi texnika eşelonu Azərbaycan-Gürcüstan sərhədini keçib. 19 vaqondan ibarət eşelonda 7 ədəd T72 tankı, 5 BRDM, iki ədəd BTR-60 və 4 komanda-qərargah rabitə maşını olub.

Artıq məlumdur ki, növbəti hərbi texnika və silah partiyaları Azərbaycan ərazisindən dəmiryolu ilə Rusiyaya mayın 25 və 30-da göndəriləcək.

Xəbər lenti

Xəbər lenti