...

Dünya Azərbaycanlı Ziyalılarının I Forumu keçiriləcək

Siyasət Materials 16 May 2006 16:04 (UTC +04:00)

Bu ilin iyun ayında müxtəlif ölkələrdə yaşayan azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, elm adamlarının iştirakı ilə Dünya Azərbaycanlı Ziyalılarının ilk Forumu keçiriləcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Forumun keçirilməsi ilə bağlı təşəbbüs xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalılar tərəfindən razılıqla qarşılanıb. Forumun təşkilində əsas məqsəd ümummilli əhəmiyyət daşıyan və böyük ideoloji məna kəsb edən diaspor quruculuğu işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalıların bu prosesdə fəal iştirakı yollarını müəyyənləşdirməkdir.

Bununla yanaşı, Forum cəmiyyətin ən həssas və aparıcısı təbəqəsi olan ziyalıların daim ümummilli səciyyə daşıyan proseslərin önündə getdiyini nəzərə alaraq, onları milli maraqlarımızın müdafiəsi uğrunda daha sıx birləşdirmək məqsədi daşıyır. Forumda dünyanın müxtəlif ölkələrində yaşayan görkəmli azərbaycanlı mədəniyyət və incəsənət xadimləri, yazıçı və şairlər, tanınmış alimlər iştirak edəcəklər. Forumda Azərbaycan mədəni irsinin təbliği istiqamətində diaspor təşkilatlarının görə biləcəyi işlərin başlıca istiqamətləri barədə məruzə və təkliflər dinləniləcək. Forumun Türkiyənin Antalya vilayətində iyunun 4-də işinə başlaması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti