...

ABŞ Azərbaycanda keçirilmiş parlament seçkilərinə münasibət bildirib

Siyasət Materials 16 May 2006 16:23 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları mayın 13-də təkrar parlament seçkilərinin keçirilməsində müəyyən irəliləyişlər edildiyinə inanaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının 15 may bəyanatındakı fikirlərə şərik çıxır. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin ölkədə təkrar parlament seçkilərinin yekunları ilə bağlı məlumatında deyilir.

"Biz xüsusilə barmaqların mürəkkəblənməsi, namizədlərin qeydə alınması, ümumən maneəsiz seçki kampaniyası və nəticələrin Mərkəzi Seçki Komissyasının internet səhifəsində çevik yerləşdirilməsi istiqamətindəki irəliləyişi salamlayırıq. Biz Seçki Monitorinq Mərkəzinin nümayəndələri də daxil olmaqla, böyük sayda yerli müşahidəçinin iştirak etməsini görməyimizə şad olduq", - deyə məlumatda deyilir.

Vaşinqton rəsmi nəticələrlə ABŞ hökumətinin dəstəklədiyi "exit-poll"un nəticələri arasında uyğunluğun olduğunu qeyd edir.

Bununla belə, biz seçkiqabağı mərhələdə pozuntular barədə məlumatlardan, o cümlədən ayrı-ayrı namizədlərə dəstək üçün inzibati səlahiyyətdən sui-istifadə, eləcə də səsvermə günü ayrı-ayrı məntəqələrdə saxtalaşdırma ittihamları ilə bağlı narahatıq.

ABŞ Azərbaycan hökumətini ATƏT DTİHB-in tövsiyələrini həyata keçirmək üçün bu qurumla işi davam etdirməyə çağırır.

Xəbər lenti

Xəbər lenti