...

Azərbaycan prezidenti Norveç kralını təbrik edib

Siyasət Materials 16 May 2006 20:52 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı, əlahəzrət I Harolda təbrik məktubu göndərib. Bu barədə Trend məlumat verib.

Məktubda bildirilir ki, "Sizə və Sizin simanızda xalqınıza ölkənin milli bayramı- Konstitusiya günü münasibətilə ən səmimi təbriklərimi çatdırıram". Prezident ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının hər iki xalqın maraqlarına xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

O, həmçinin, krala cansağlığı, işlərində uğurlar, dost Norveçs xalqına - sülh və irəliləyişlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti