...

İbrahim Nəbioğlu: "Mehriban Əliyevanın "Türk dünyasının sevgi və dostluq elçisi" mükafatına layiq görülməsi Türkiyədə müsbət rezonans doğurub"

Siyasət Materials 17 May 2006 15:10 (UTC +04:00)
İbrahim Nəbioğlu: "Mehriban Əliyevanın "Türk dünyasının sevgi və dostluq elçisi" mükafatına layiq görülməsi Türkiyədə müsbət rezonans doğurub"

"Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Türkiyədə "Türk dünyasının sevgi və dostluq elçisi" mükafatına layiq görülməsi bu ölkədə müsbət rezonans doğurub". Bu fikirləri Trend ə açıqlamasında Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş konsulu İbrahim Nəbioğlu bildirib.

O qeyd edib ki, Türkiyənin "Kanal-7" televiziyası və "First buissines" jurnalının təşkilatçılığı ilə "Zirvədəkilər -2005" mükafatı təsis olunub. Azərbaycanın birinci ledisi Mehriban Əliyeva da bu mükafata layiq görülüb: "Mükafata layiq görülənlər arasında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, bir sıra nazirlər, tanınmış iş adamları, mədəniyyət xaimləri də var. Mehriban xanım Əliyevanın layiq görüldüyü mükafatın adı "Türk dünyasında sevgi və dostluq elçisi" mükafatıdır. Bu da onun həm Heydər Əliyev Fondunun, həm "Azərbaycan mədəniyyətinin dostları Fondu"nun rəhbəri, həm də xüsusilə YUNESKO-nun xoşməramlı səfiri kimi gördüyü işlərlə bağlıdır. Azərbaycanın birinci xanımının "Trük dünyasının sevgi və dostluq elçisi" mükafatı ilə təltif edilməsi Türkiyədə böyük maraqla qarşılanıb.

İbrahim Nəbioğlu bildirib ki, bu gün Türkiyə vaxtı ilə axşam saat 21.00-da mükafatların təqdimetmə mərasimi keçiriləcək. Onun sözlərinə görə, bu, cox genişmiqyaslı bir tədbirdir. Mərasimdə təxminən 50 ölkədən nüfuzlu qonaqlar iştirak edəcəklər.

Qeyd edək ki, M.Əliyevanın mükafatı İbrahim Nəbioğluna tqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti