...

Avropa Birliyi ilə Azərbaycan arasında təxirə salınmış məsləhətləşmələr mayın sonuna qədər keçirilə bilər

Siyasət Materials 18 May 2006 18:19 (UTC +04:00)
Avropa Birliyi ilə Azərbaycan arasında təxirə salınmış məsləhətləşmələr mayın sonuna qədər keçirilə bilər

Avropa Birliyi ilə Azərbaycan arasında Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı üzrə təxirə salınmış məsləhətləşmələr mayın sonuna qədər keçirilə bilər. Bu barədə Trend ə Azərbaycanın Benilyuks ölkələri və AB-də səfiri Arif Məmmədov məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti mərhələsi mayın 15-də Bakıda keçirilməli idi. Lakin AB-nin xahişi ilə bu tarix dəyişdirilib. Diplomat qeyd edib ki, Azərbaycan tərəfi hazırlanan sənədin layihəsinin terminologiyasına, eləcə də Azərbaycanın ərazi bütövlüyü məsələsinə aydınlıq gətirməyi təklif edib. AB heç vaxt ölkəmizin ərazi bütövlüyünü şübhə altında qoymur. Lakin biz daha dəqiq ifadə ilə formulə və bu bəndin sənədə daxil edilməsini istəyirik. Bu sənədi tam iqtisadi baxımdan yanaşan AB siyasi xarakterli korrektələrin edilməməsini təklif edir ki, rəsmi Bakı bununla razılaşmır. Bununla yanaşı, A.Məmmədov qeyd edib ki, tərəflər arasında ciddi fikir ayrılığı yoxdur və yaxın vaxtlarda AB öz fikrini təqdim etməlidir və bundan sonra məsləhətləşmələrin növbəti mərhələsi başlanmalıdır.

Danışıqlarda AB-nin missiyasına Mərkəzi və Şərqi Avropa üzrə Baş direktorluğun direktoruYüuq Minqarelli, Azərbaycan tərəfdən isə xarici işlər nazirinin müavini M.Məmməquliyev rəhbərlik edəcək.

Görüşdə ilkin olaraq 5 il üçün nəzərdə tutulan Fəaliyyət planını yekun variantının müzakirə olunacağı gözlənilir. Fəaliyyət Planı siyasət, təhlükəsizlik, iqtisadiyyat, ticarət, mədəniyyət, sosial, hüquq və digər sahələrdə ikitərəfli əməkdaşlığı əhatə edir. Sənədin layihəsi ilk dəfə Bakıda dekabr ayında müzakirə olunub. Danışıqların ikinci mərhələsi isə martın 7-də Brüsseldə keçirilib.

Xəbər lenti

Xəbər lenti