...

Neftin qyimətinin artması ilə bağlı Azərbaycanın 2006-cı il dövlət büdcəsi Milli Məclisin iqtisadi siyasət daimi komissiyasında yenidən baxılacaq

Siyasət Materials 19 May 2006 13:02 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyasında mayın 19-da "Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında" qanun müzakirəyə çıxarılacaq. Bu barədə Trend ə Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından bildiriblər.

Sənəd adıçəkilən komissiyada baxıldıqdan sonra Milli Məclisin gələn həftə keçiriləcək növbəti toplantısının müzakirəsinə veriləcək. Komissiyadan onu da bildirblər ki, dünya bazarlarında neftin qiymətinin artması nəticəsində daxil olan əlavə vəsaitin Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsində öz əksini tapması ilə bağlı sənəd də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti