...

Boris Tarasyuk: Kiyevdəki sammitdə GUAM beynəlxalq təşkilata çevriləcək

Siyasət Materials 20 May 2006 13:42 (UTC +04:00)

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduqları GUAM regional birliyi Kiyevdə mayın 22-23-də keçiriləcək sammitdə beynəlxalq təşkilat statusu əldə edəcək. Bu barədə Ukraynanın xarici işlər naziri Boris Tarasyuk Bi-Bi-Si -yə müsahibəsində bəyan edib. O, həmçinin, GUAM-ın adında dəyişiklik ediləcəyini və yeni təşkilatın mənzil-qərargahının Kiyevdə yerləşəcəyi barədə də məlumat verib.

"GUAM-ın sammitində dövlət başçıları yeni adı "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat" olacaq təşkilatın əsas sənədlərini, yeni Nizamnaməsini təsdiqləyəcəklər", - deyə Tarasyuk bildirib.

"Bu sammitin xarakterik xüsusiyyətləri onun Ukraynanın GUAM-a sədrlik etdiyi dövrdə keçirilməsidir. Bu halda qeyd etmək istəyirəm ki, MDB-dən fərqli olaraq, GUAM-a hər il bir ölkə növbə ilə sədrlik edəcək. MDB-də olduğu kimi bir ölkənin bütün illərdə sədrlik edilməsinə yol verilməyəcək", - deyə Tarasyuk qeyd edib. Bu zaman o, bu təşkilatın "kimə qarşısa" yaradıldığı barədə ehtimalları təkzib edib. "GUAM-ın regional beynəlxalq təşkilata çevrilməsinə səbəb kimə qarşısa birləşməyə cəhd deyil, iqtisadiyyat, demokratiya, mövcud münaqişələrin həlli və bizim regionumuzda Avropa demokratik dəyərlərinin və standartlarının yayılması naminə birləşməkdir ", - deyə Tarasyuk bildirib.

O ümid edir ki, "dövlət başçıları bu təşkilatın mənzil-qərargahının Kiyevdə yerləşməsi ilə razılaşacaqlar ".

Xəbər lenti

Xəbər lenti