...

GUAM dövlət başçıları tərəfindən imzalanacaq sənədlər tamamilə hazırlanıb

Siyasət Materials 22 May 2006 12:48 (UTC +04:00)

Mayın 23-də Kiyevdə GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) sammiti çərçivəsində təşkilata üzv olan dövlətlərin başçıları tərəfindən imzalanacaq bütün sənədlər tamamilə hazırlanıb.

Bu barədə Trend ə Azərbycanın təşkilatdakı daimi nümayəndəsi, ölkənin Ukraynadakı səfirliyinin müşaviri Səbuhi Temirov məlumat verib.

Kommünike, bəyannamə və prezidentlərin birgə bəyanatından ibarət 3 sənəd GUAM milli əlaqələndiricilərinin Kiyevdə keçirilmiş iclasında razılaşdırılıb. "Fikir ayrılığının yarandığı sənəd yoxdur", - deyə o qeyd edib.

S.Temirovun sözlərinə görə, bu gün yerli vaxtla saat 15.00-da GUAM xarici işlər nazirləri Şurasının iclası öz işinə başlayacaq. Bununla paralel olaraq həmin gün təşkilat ölkələrinin iqtisadiyyat, energetika, nəqliyyat və gömrük nazirlərinin iclası keçiriləcək. Azərbaycan bu iclaslarda yüksək səviyyədə təmsil olunub. Diplomatın sözlərinə görə, bu gün Kiyevdə Azərbaycan prezidenti İlham Əliyevin gəlişini gözləyirlər.

Dövlət başçılarının sammiti mayın 24-də işə başlayacaq.

Xəbər lenti

Xəbər lenti