...

Elmar Məmmədyarov: Çernoqoriyanın Serbiyadan ayrılması Dağlıq Qarabağ münaqişəsi üçün misal ola bilməz

Siyasət Materials 25 May 2006 21:15 (UTC +04:00)
Elmar Məmmədyarov: Çernoqoriyanın Serbiyadan ayrılması Dağlıq Qarabağ münaqişəsi üçün misal ola bilməz

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Lakin biz anlamalıyıq ki, bizim ərazilərmizin 20% -i işğal olunub və biz gec-tez öz ərazilərimizin qaytarılması üçün hər şeyi edəcəyik". Trend in verdiyi məlumata görə, mayın 25-də jurnalistlərə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov məlumat verib.

O qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın mövqeyini hərtərəfli başa düşürlər və bu mövqenin Yerevan tərəfindən də anlaşılacağına ümid bəsləyirlər.

O bildirib ki, " yeni təkliflərdən danışmaq olmaz. Söhbət yeni ideyalardan gedir. Onların bəziləri ilə Azərbaycan razılaşa bilər, bəziləri iləsə yox. Lakin diplomatiya kompromislər metodunu təklif edir və biz Yerevanla danışıqların nəticələrini gözləyirik", - deyə o bildirib.

O həmçinin, qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və münaqişənin həllinin istənilən variantı ölkə Konstitusiyasının postulatından çıxış etməlidir. Bununla yanaşı, nazir Dağlıq Qarabağın konstitusiyasının mümkünlüyünü də istisna etməyib.

"Naxçıvan MR-ın, Tatarıstan və ya Başqırdıstanın da konstitutsiyası var. Və muxtariyyətin öz konstitusiyasının olması əlverişli praktikadır", - deyə o bildirib.

O qeyd edib ki, Çernoqoriyanın Serbiyadan ayrılması Dağlıq Qarabağ münaqişəsi üçün misal ola bilməz.

"Biz Dağlıq Qarabağın statusunun gec və ya tez müəyyən edilməli olduğunu anlayırıq. Lakin bunu ermənilər etməməlidirlər. Əvvəlcə azərbaycanlılar öz doğma evlərinə qayıtmalıdırlar, sonra isə bu məsələ gündəliyə çıxarılmalıdır", - deyə E.Məmmədyarov bildirib.

Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk Qrupunun səfərinin yekunlarından irəli gələn vəzifələrlə bağlı nəticə çıxarmamağı məsləhət görüb və rəsmi bəyanatın açıqlanmasına qədər gözləməyi məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti