...

Milli Məclisdə 2006-cı il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il dövlət büdcəsi haqqında" qanunlara əlavə və dəyişikliklər qəbul edilib

Siyasət Materials 26 May 2006 18:32 (UTC +04:00)

Milli Məclisin mayın 26-da müzakirəyə çıxarılan "Azərbaycan Respublikası 2006-cı il dövlət büdcəsi haqqında" və "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il dövlət büdcəsi haqqında" qanunlara əlavə və dəyişikliklər qəbul edilib. Trend xəbər verir ki, müzakirələr zamanı millət vəkilləri hər iki büdcədə artımların həyata keçirilməsində nəzarət mexanizmlərinin gücləndrilməsini vurğulayıblar.

Millət vəkili Cəmil Həsənli 2006-cı il dövlət büdcəsində artımları nəzərə alaraq pedaqoji sahədə çalışan işçilərin əmək haqqlarının artırılmasını önə çəkib. O, həmçinin vurğulayıb ki, tikinti sahəsindən əldə olunan vergilərin azlığı büdcə artımına mənfi təsir göstərir. Millət vəkili Aydın Mirzəzadə isə qeyd edib ki, büdcədən maliyyələşən bütün təşkilatlarda çalışan işçilərin əmək haqları artırılmalıdır.

Fəzail Ağamalı isə müdafiə sahəsinə ayrılan vəsaitlərin artımının diqqətdə saxlanılmasını önə çəkib. Millət vəkili qeyd edib ki, müharibə şəraitində olan bir ölkə üçün bu olduqca zəruridir. O, həmçinin hərbçilərin maaşlarının da artırılmasını təklif edib. Millət vəkili Fazil Qəzənfəroğlu isə qeyd edib ki, 2006-cı ilin dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitə nəzarət edilməlidir. Millət vəkili səhiyyə sahəsinə ayrılan vəsaitin də azlığından şikayətlənib. Bildirib ki, səhiyyə sahəsində acınacaqlı bir vəziyyət yarandığından bu sahənin yaxşılaşması üçün lazımi vəsait ayrılmalıdır.

Millət vəkilləri müzakirə olunan hər iki məsələ ilə bağlı öz fikir və təkliflərini verdikdən sonra onları maraqlandıran suallar müvafiq orqanların rəhbərləri tərəfindən cavablandırılıb. Daha sonra məsələlər səs çoxluğu ilə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti