...

Milli Məclisin gündəliyinə 6 məsələnin müzakirəsi daxil edilib

Siyasət Materials 30 May 2006 13:52 (UTC +04:00)

Milli Məclisin mayın 30-da keçirilən iclasının gündəliyinə 6 məsələnin müzakirəsi daxil edilib. Trend xəbər verir ki, birinci məsələ - Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan ərazisi vasitəsilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair notalar mübadiləsinin təsdiq edilməsi haqqında MM-in təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədr müavini Aydın Mirzəzadə məlumat verib. O qeyd edib ki, tranzit daşınmaları 2006-2008-ci illərdə həyata keçiriləcək.

Məsələ ilə bağlı çıxış edən millət vəkili Asim Mollazadə bildirib ki, Gürcüstandan Azərbaycan ərazisindən keçirək Rusiya hərbi texnikasının daşınması prosesinin başlanmasına baxmayaraq, indi bu sənədin müzakirəsini aparmaq düzgün deyil. "Bu məsələdə MM-in hüquqları tapdanır. Rusiyanın hərbi bazalarının böyük hissəsi Ermənistana daşınır. Azərbaycanın böyük imkanları var idi ki, bu məsələdə Rusiyanın qarşısına şərt qoysun". A.Mollazadə qeyd edib ki, Rusiyanın hərbi texnikası Rusiyaya daşınmalıdır: "Hazırda Batumi və Ahalkalaki hərbi bazalarının Ermənistana köçürülməsi prosesinə başlanılıb.

Məlumdur ki, Rusiyanın Ermənistanda yerləşən 7-ci ordusunun hərbi texnikası Ermənistanın silahlı qüvvıələrinin əlindədir. Ermənistanın silahlı quvvələri məhz Rusiyanın 7-ci ordusunun əsasında formalaşır".

Məlum sənədlə bağlı millət vəkilləri öz fikirlərini bildirdikdən sonra, sənəd səsə qoyularaq qəbul edilib.

MM-in iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə müzakirəyə çıxarılan - ikincə sənəd "AR hökuməti və Ümumdünya əqli mülkiyyət təşkilatları arasında əməkdaşlıq proqroamı"nın təsdiq edilməsi haqqında məlumat verib. Komissiya sədri bildirib ki, əqli mülkiyyətin mühafizəsi sahəsində Azərbaycan dünya təcrübəsindən istifadə etməlidir. Bu məsələ ilə bağlı MM-də müzakirələr gedir.

Xəbər lenti

Xəbər lenti