...

Jak Şirak İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin təcili nizamlanması zəruriliyini qeyd edib

Siyasət Materials 30 May 2006 18:18 (UTC +04:00)
Jak Şirak İlham Əliyevlə görüşdə Dağlıq Qarabağ münaqişəsinin təcili nizamlanması zəruriliyini qeyd edib

Bu gün Fransa prezidenti Jak Şirak azərbaycanlı həmkarı İlham Əliyevlə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin təcili nizamlanması zəruriliyini qeyd edib. Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, Fransanın dövlət başçısı sülh danışıqları prosesinə alternativin olmadığını deyərək sülhün Azərbaycan, Ermənistan və ümumilikdə region üçün vacibliyini vurğulayıb.

Yelisey sarayı nümayəndəsinin bildirdiyinə görə, Fransa prezidenti Minsk Qrupu həmsədr ölkələrinin (Rusiya, ABŞ və Fransa) mayın 25-də İrəvandakı birgə bəyanatının prinsiplərini təsdiqləyib. Həmin bəyanatda qeyd olunur ki, "tərəflərin münaqişənin nizamlanmasına dair əsas prinsiplər haqqında razılığa gəlməsinin vaxtı çatıb".

Bu ilin fevralında Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında danışıqlar aparılıb, lakin heç bir nəticə verməyib.

J.Şirak və İ.Əliyev region, xüsusilə də, İrandakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Yelisey sarayı nümayəndəsi xatırladıb ki, Azərbaycan hazırda İslam Konfransı Təşkilatında sədrlik edir.

Xəbər lenti

Xəbər lenti