...

AMİP-in sədri postu uğrunda 3 namizəd mübarizə aparacaq

Siyasət Materials 1 İyun 2006 15:46 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyinə 3 nəfər namizədliyini irəli sürüb. Bu barədə Trend ə AMİP-in mətbuat xidmətinin rəhbəri Əli Orucov məlumat verib.

Qeyd edək ki, AMİP-in yaxın günlərdə keçirilməsi planlaşdırılan 9-cu qurultayında sədr seçiləcək. İndiyədək sədrliyə yalnız partiyada hazırkı sədr əvəzi Ayaz Rüstğəmov namizədliyini irəli sürəcəyini bildirmişdi. Daha iki nəfər - AMİP-in Binəqədi rayon təşkilatının keçmiş sədri Yəhya Həsənov və partiyanın təbliğat və mətbuat katibi Əli Orucov da sədr olmaq iddialarını bildiriblər. Beləliklə, AMİP-in sədri postu uğrunda A.Rüstəmov, Y.Həsənov və Ə.Orucov mübarizə aparacaqlar. Qurultayda namizədlərin sayının artması da istisna deyil.

Əli Orucov onu da deyib ki, qurultayda AMİP-in nizamnamə və məramnaməsinə dəyişikliklər ediləcək. Həmçinin struktur dəyişiklikləri də mümkündür. 9-cu qurultay Etibar Məmmədovun AMİP-in lideri statusunu qüvvədə saxlayacaq. Qurultayın vaxtı isə icarə üçün yer tapıldıqdan sonra müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti