...

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanı Krallığının şahzadəsini qəbul edib

Siyasət Materials 1 İyun 2006 17:10 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyunun 1-də Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının Gənclərə Qayğı Baş Sədrliyinin vitse-prezidenti, şahzadə əmir Nəvvaf bin Feysəl bin Fəhd bin Əbdüləzizi qəbul edib.

Qonaq kral Abdulla bin Əbdüləziz Al Səudun və vəliəhd Sultan bin Əbdüləziz Al Səudun salamlarını İlham Əliyevə çatdırıb. O qeyd edib ki, İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasında əlaqələrin inkişafına xüsusi təkan verib.

Şahzadə Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, Respublika Olimpiya Komitəsinə İ.Əliyevin rəhbərlik etməsi də böyük əhəmiyyət kəsb edir.

Azərbaycan dövlət başçısı beynəlxalq aləmdə iki ölkə arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Prezident İ.Əliyev Azərbaycan və Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti