...

MDB dövlətlərinin xüsusi xidmət rəhbərləri beynəlxalq terrorçuluq, ekstremizm və narkoekspansiyaya qarşı kəsərli mexanizm hazırlayıb

Siyasət Materials 2 İyun 2006 19:34 (UTC +04:00)

MDB dövlətlərinin xüsusi xidmət rəhbərləri beynəlxalq terrorçuluq, ekstremizm və narkoekspansiyaya qarşı kəsərli mexanizm hazırlayıb. Bu barədə, Trend agentliyinin "Novosti" RİA-ya istinadən yaydığı məlumatına əsasən, Rusiyanın Federal Təhlükəsizlik Xidməti direktoru Nikolay Patruşev MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin Tacikistanda keçirilən 20 illik yubiley iclasından sonra jurnalistlərə bildirib. İclasda MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərləri iştirak edib. Türkmənistan nümayəndəsi foruma qatılmayıb, Özbəkistan isə müşahidəsi qismində iştirak edib.

"Etibar və qarşılıqlı anlayış MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin iclası çərçivəsində əməkdaşlığın səviyyəsini daha yüksək səviyyəyə qaldırıb" - deyə o qeyd edib.

N.Patruşev deyib ki, onların iclası MDB-nin problemlərindən yaxşı agah olan Tacikistan prezidenti İmaməli Rahmonovla görüşdən başlayıb.

Tacikistan prezidenti MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərini daha səmərəli fəaliyyətə çağırıb.

O qeyd edib ki, səmərəlik o zaman əldə olunacaq əməkdaşlığın bütün formalarından istifadə olunsun.

İclasda gizli informasiyanın mühafizəsi və anlayış apparatı barədə sazişlər qəbul olunub.

N.Patruşev deyib ki, növbəti iclas oktyabrın 21-də Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti