...

Azərbaycan prezidenti Dövlətlərarası Aviasiya Komitəsinin sədrini qəbul edib

Siyasət Materials 2 İyun 2006 21:09 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əlyiev mayın 2-də Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanı qəbul edib.

Söhbət zamanı T. Anodina dövlət başçısına yüksək beynəlxalq mükafat və aviasiyanın inkişafına xüsusi töhfə verdiyinə görə fəxri diplom verib. O qeyd edib ki, Azərbaycan prezidenti mülki aviasiyanın inkişafına verdiyi xüsusi töhfəyə görə beynəlxalq şura tərəfindən həmin mükafatla təltif olunur.

"Mən Azərbaycan hökumətinə səmimi təşəkkürümü bildirirəm və hesab edirəm ki, hər dövlət xadimi üçün aydındır ki, aviasiya həm iqtisadiyyat, həm də beynəlxalq əlaqələrin inkişafı üçün özül olub, var və olacaq. Aviasiya həmişə sülh və xalqların yaxınlaşmasına xidmət edib" - deyə DAK sədri qeyd edib.

Eyni zamanda, T.Anodina keçmiş prezident Heydər Əliyevin "aviasiya - təhlükəsizlikdir" sözlərini sitat gətirərək onun fəaliyyətini xüsusi ehtiramla xatırlayıb.

Azərbaycan prezidenti öz növbəsində mükafata görə təşəkkürünü bildirib və qeyd edib ki, aviasiyanın inkişafına böyük önəm verir. "Ümumilikdə nəqliyyat infrastrukturu çox dinamik inkişaf edir" - deyə İ.Əliyev vurğulayıb. O xatırladıb ki, yaxın günlərdə iyunun 2-nin aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunması haqqında sərəncam imzalayıb.

"İndi aviasiya işçilərinin də öz peşə bayramı var. İqtisadiyyatın gələcək inkişafı aviasiya ilə də bağlıdır" - deyə İ.Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti