...

Azərbaycan XİN başçısı iyunun 4-6-da Buxarestdə səfərdə olacaq

Siyasət Materials 3 İyun 2006 12:56 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyunun 4-6-da Buxarestdə səfərdə olacaq. Bu barədə Trend ə XİN-in İnformasiya və Mətbuat İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Səfərdə məqsəd "Qara dəniz Dialoq və Tərəfdaşlıq forumu" beynəlxalq konfransında iştirak etməkdən ibarətdir. Nazir bu forumda məruzə ilə çıxış etmək niyyətindədir. Buxarestdə olacağı müddət ərzində E.Məmmədyarovun həmkarları və digər məsul şəxslərlə bir sıra görüşləri də gözlənilir.

Qeyd edək ki, XİN başçısı Azərbaycan prezidenti İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə daxil olacaq.

Xəbər lenti

Xəbər lenti