...

İlham Əliyev Rumıniyanın keçmiş prezidenti İon İliyesku ilə görüşüb

Siyasət Materials 5 İyun 2006 10:52 (UTC +04:00)

İyunun 4-də Azərbaycan prezidenti İlham Əliyev Buxarestdə Rumıniyanın keçmiş prezidenti senator İon İliyesku ilə görüşüb.

Trend in xəbər verdiyi kimi, prezidentliyi dövründə Azərbaycana rəsmi səfərini yada salan İon İliyesku dövlətimizin başçısının Buxarestə indiki səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edəcəyini vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan-Rumıniya əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini söyləyib və əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti