İyunun 5-də axşam ABŞ dövlət katibinin köməkçisi Metyu Brayzanın rəhbərliyi altında Amerikanın nümayəndə heyəti Bakıya gəlir. Bu barədə Trend ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin başçısı Conatan Henik xəbər verib.
Onun sözlərinə görə, Bakı səfərinin başlıca məqsədi 13-cü beynəlxalq "Xəzərin nefti, qazı, neft emalı və neft-kimyası - 2006" sərgi-konfransında iştirak etməkdir. C.Henik istisna etmir ki, səfər çərçivəsində M.Brayza Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Metyu Brayzanın Bakıya sonuncu səfəri aprel ayının əvvəlində olub.