...

Prezident İlham Əliyev İsveç Krallığının baş naziri və kralına milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb

Siyasət Materials 5 İyun 2006 18:31 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İsveç Krallığının baş naziri Göran Persona və kral əlahəzrət XII Karl Qustava İsveçin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Trend xəbər verir ki, prezident ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, genişlənməkdə olan əlaqələrimizin daim xalqlarımızın rifahına xidmət edəcəyini bildirib.

Dövlət başçısı onu da bildirib ki, Azərbaycan-İsveç münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da dostluq və qarşılıqlı anlaşma zəminində inkişaf edəcək.

Xəbər lenti

Xəbər lenti