...

ATƏT-in keçmiş sədri Salomon Passi Bakıya gələcək

Siyasət Materials 6 İyun 2006 15:21 (UTC +04:00)

Tezliklə Bolqarıstanın keçmiş xarici işlər naziri, ATƏT-in keçmiş sədri Salomon Passi Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Trend ə eksklüziv olaraq Bolqarıstanın Bakıdakı səfiri İvan Palçev məlumat verib.

Səfər Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı Azərbaycan daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun dəvəti ilə həyata keçiriləcək.

"Səfər təxminən iyunun 15- 20-də keçiriləcək. Səfər çərçivəsində Azərbaycan və Bolqarıstan parlamentlərarası əməkdaşlığın inkişaf məsələləri müzakirə olunacaq", - deyə səfir qeyd edib. Diplomat bildirib ki, hazırda Bolqarıstanın xarici əlaqələr üzrə parlament komissiyasına rəhbərlik edir.

Bundan başqa nə Bolqarıstan nümayəndə heyətinin tərkibi, nə də Bakıya səfər proqramı hələ müəyyən olunmayıb.

.

Xəbər lenti

Xəbər lenti