...

Axtarışda olan 44 nəfər sərhəddə yaxalanıb

Siyasət Materials 6 İyun 2006 16:25 (UTC +04:00)

May ayı ərzində Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 44 nəfər Azərbaycanın sərhədini müxtəlif istiqamətlərdə keçərkən Dölət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən yaxalanıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Sərhədçilər tərəfindən 1 ədəd avtomat, 2 ədəd sandıqça, 1 ədəd çüngü bıçağı, 1 ədəd "F-1" əl qumbarası, 650 ədəd müxtəlif çaplı patron, 1 ədəd ov tüfəngi, 1 ədəd ov bıçağı, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi istiqamətindən isə 4 kq 634 qram narkoik maddə müəyyənləşdirilərək götürülüb.

Dövlət sərhədinin mühafizəsi zamanı 9 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, Nəticədə 20 nəfər Əfqanıstan, 4 nəfər İİR, 2 nəfər Azərbaycan vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.

Müxtəlif ölkələrin vətəndaşları olan 9 nəfər saxta sənədlə, 3 nəfər başqasına məxsus sənədlə, 37 nəfərsə müvafiq sənədləri olmadığına görə saxlanılıb.

Həmçinin 34 nəfər vizalarının olmamasına, 2 nəfərsə (Azərbaycan və Türkiyə vətəndaşları) şübhəli şəxs qismində saxlanılıb.

Ay ərzində təqribi dəyəri 50.000 (AYM) manat dəyərində qaçaqmalçılığın qarşısı alınıb.

Xəbər lenti

Xəbər lenti